PAO for Coordination of EU Programmes in Azerbaijan

Salamlama

10 iyun 2002-ci il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikası Prezidentinin 940 saylı Fərmanı ilə Azərbaycanda Avropa İttifaqının (Aİ) bütün maliyyə və texniki yardımı üzrə Milli Koordinator təyin edilmişdir. Nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin nəzdində yaradılmış Proqram İdarəetmə Qurumu (PİQ) Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Azərbaycanın dövlət idarəçiliyi qurumları arasında mühüm əlaqələndirici rol oynayır. PİQ eyni zamanda Azərbaycanın dövlət idarəçiliyi qurumlarına Aİ yardımlarının effektiv və səmərəli şəkildə göstərilməsinin təşviqi və təmin edilməsi üzrə cavabdeh qurumdur.

Aİ yardımları müdafiə sahəsi istisna olmaqla bütün sahələri əhatə edə bilər. Eyni zamanda, Aİ-nin bir sıra müxtəlif alətləri mövcuddur ki, bu alətlər çərçivəsində müxtəlif təcrübə növləri, vaxt müddətləri və xidmətlər təklif olunur. PİQ dövlət qurumlarına öz ehtiyaclarına uyğun və mövcud institusional imkanları əsasında istifadə edəcəkləri mümkün alətləri müəyyənləşdirməkdə kömək edir. PİQ nümayəndələri bütün növ yardım layihələrinin hazırlanması və daha sonra həyata keçirilməsini dəstəkləyir, müntəzəm olaraq nəzarət edir, monitorinq və qiymətləndirməni həyata keçirir.

Aİ-nin Tvinninq, TAİEX, SİQMA və SOCİEUX kimi institusional quruculuq alətlərinə xüsisi diqqət yetirilir. Tvinninq Aİ qanunvericiliyi ilə bağlı uzunmüddətli alət olaraq ilk tvinninq ideyalarının meydana gəldiyi və ilk Tvinninq layihələrinin hazırlandığı 2006-cı ildən bəri Azərbaycanda tətbiq olunur. Aİ qanunvericiliyi ilə bağlı qısamüddətli alət olan TAİEX tədbirləri ilk dəfə 2006-cı ildə, dövlət idarəçiliyinin və idarəetmənin təkmilləşdirilməsi üzrə uzunmüddətli SİQMA layihələri isə 2009-cu ildə həyata keçirilmişdir. 2017-ci ilin fevral ayının 1-nə qədər 45 tvinninq layihəsi müxtəlif mərhələlərdən keçmişdir (26 layihə tamamlanmış, 12 layihə icra olunur, 3 layihə təklflər üçün müraciət, 2 layihə müqavilə üzrə danışıqlar və 2 layihə hazırlıq mərhələsindədir), 232 TAİEX (o cümlədən 73 çoxtərəfli seminar) tədbir, 15 SİQMA tədbiri həyata keçirilmişdir (hər biri tamamlanmışdır) 2 SOCİEUX layihəsinin icrasına başlanılmışdır.

Saytımızın istifadəçilərini yalnız əsas sənədlər və Azərbaycanda Aİ yardımlarından istifadə haqqında deyil, eyni zamanda təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də Aİ yardımlarından istifadəyə dair məlumat əldə etmək üçün ziyarət edilməli olan faydalı saytlar, gələcək və həyata keçirilməkdə olan tədbirlər, bu sahədə xəbərlər, və şübhəsiz ki, qarşıdan gələn və davam etməkdə olan tenderlər və təkliflərin verilməsinə dəvət barədə mütəmadi olaraq məlumatlandırmaq istərdik.

Ümidvarıq ki, saytımız Azərbaycanda Aİ yardımlarının həyata keçirilməsi ilə bağlı məlumatların əldə edilməsində Sizə yardımçı olacaqdır. Ümumi məramımız dövlət qurumlarının fəaliyyətinin və iqtisadi inkişafın gücləndirilməsində Aİ-nin yardım alətlərinin benefisiarlarını dəstəkləməklə siyasi əməkdaşlığa və iqtisadi inteqrasiyaya töhfə verməkdir.

Azərbaycanda Aİ-nin yardım layihələrinin hazırlanması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsi barədə məlumat axtarırsınızsa və bu məlumatları saytımızdan əldə edə bilmirsinizsə, zəhmət olmasa, bizə məlumat verin. Saytımızın təkmilləşdirilməsi ilə bağlı hər hansı təkliflər təqdirəlayiq hesab olunur və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına gönərilə bilər.

Son rüblük bülleten

Back to top